İspaniyanın "Real Madrid" klubu futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin direktoru Emilio Butragenyo "Marca"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 36 yaşlı yarımmüdafiəçi "kral klub"unda çıxışını davam etdirəcək.
Qeyd edək ki, Luka Modriçin "Real Madrid"lə sözləşməsi yayda başa çatır. Xorvatiyalı oyunçu 2012-ci ildən paytaxt klubunda çıxış edir. O, bu müddət ərzində 2 dəfə La Liqanın 4 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Modriç 2018-ci ildə "Qızıl top" mükafatını da qazanıb.