
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyunu "Zirə"nin 3 futbolçusu üçün əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, Nemanya Andelkoviç, Davit Volkov və Musa Qurbanlı komandanın heyətində qol hesabını açıb. Bu görüşədək “qartallar”ın 16 futbolçusu turnirdə fərqlənmişdi. Bu rəqəm 19-a yüksəlib.
“Qaradağ Lökbatan”ın qapısına 2 qol vuran Volkov klub tarixinə kubokda dubla imza atan 4-cü futbolçu kimi düşüb.
Daha əvvəl Nelson Bonilya 2015/2016, Vüsal İsgəndərli 2017/2018, Adil Nağıyev 2018/2019 mövsümündə bunu bacarıb.