İtaliya "İnter"inin futbolçusu Lautaro Martines klubla yeni müqavilənin detallarını razılaşdırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter hesabında paylaşım edib.
Onun sözlərinə görə, argentinalı hücumçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılacaq. 24 yaşlı forvardın hər mövsüm üçün məvacibi 5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 2018-ci ildən "İnter"də çıxış edən Lautaro Martines cari mövsümdə 27 oyun keçirib və 10 qol vurub.