"Komandamız üçün çətin oyun oldu. Birinci hissədə hər şey qaydasında getdi".
Sportnet.az-ın məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına 1:4 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Mütəxəssis ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldığını bildirib: "Nəticədə oyunun axarını dəyişə bilmədik. Daha doğrusu, bunun üçün real şanslarımız oldu, epizodlar yaratdıq, təssüf ki, onları dəyərləndirə bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin hesabı artırmasına imkan yaratdı".