Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ" ilə qarşılaşıb.
Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 33-cü dəqiqədə meydan sahiblərindən Uroş Matiç penaltidən yararlana bilməyib. Rəqib komandanın qapıçısı Anar Nəzirov serbiyalı yarımmüdafiəçinin zərbəsinin qarşısını alıb. "Qarabağ"ən heyətində qolları isə 55-ci dəqiqədə Kvabena Ovusu, 72 və 74-cü dəqiqələrdə Mahir Emreli vurub. "Qəbələ"dən isə 88-ci dəqiqədə Ceyms Adeniyi fərqlənib.
Komandalar arasında cavab matçı fevralın 6-da Qəbələdə olacaq.
Bu gün baş tutan digər oyunda "Səbail" səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah oynanılacaq. "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
-----------------------------------
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, raundun ilk oyununda "Sumqayıt" "Səbail"i qəbul edib.
"Kapital Bank Arena"dakı qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in heyətində yeganə qolu 12-ci dəqiqədə Amil Yunanov vurub. 28 yaşlı hücumçu keçmiş klubunu məyus edib.
Bu oyun həm də Kamran Ağayevin 673 gündən sonra ilk dəfə rəsmi oyunda meydana çıxması ilə əlamətdar olub. "Səbail"in qapıçısı 2016/2017 mövsümündə qısa müddət çıxış etdiyi "Sumqayıt"a qarşı oynayıb. Sonadək meydanda olan Ağayev qapısını toxunulmaz saxlamağı bacarıb.
Komandalar arasındakı cavab görüşü fevralın 6-da olacaq.
Qeyd edək ki, günün növbəti matçında "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. 1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də gerçəkləşəcək. "Keşlə" "Kəpəz"lə, "Neftçi" isə "Zirə" ilə üz-üzə gələcək.
-------------------------------------------
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün birinci matçında “Sumqayıt” “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər.
Günün digər oyununda son ölkə çempionu "Qarabağ" "Qəbələ" ilə qarşılaşacaq. Bölgə təmsilçiləri indiyədək kubokda 9 dəfə üz-üzə gəliblər. Komandalar hərəyə iki dəfə qələbə qazanıb, 5 görüş isə heç-heçə bitib. Topların fərqində isə Ağdam təmsilçisi üstündür - 8:7.
Hər iki cavab görüşü fevralın 6-da gerçəkləşəcək.
Azərbaycan Kuboku, 1/4 final mərhələsi
İlk oyunlar
1 fevral (bazar ertəsi)
16:00. “Sumqayıt” – “Səbail” - 0:1
Qol, Amil Yunanov, 12
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”
18:00. “Qarabağ” – “Qəbələ” - 3:1
Qollar: Kvabena Ovusu, 55, Mahir Emreli, 72, 74 - Ceyms Adeniyi, 88
İstifadə edilməyən penalti: Uroş Matiç ("Qarabağ"), 33
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu fevralın 2-də gerçəkləşəcək. "Keşlə" "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək. Bu duellərin cavab görüşləri isə fevralın 7-nə təyin olunub.