
İtaliyanın "Yuventus" klubu futbolçusu Sami Xedira ilə yollarını ayırıb.
Sportnet.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Almaniya "Herta"sına keçib. Razılaşmanın təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Sami Xedira "Yuventus"da 2015-ci ildən çıxış edir. O, cari mövsüm İtaliya A Seriyasında meydana çıxmayıb. Almaniyalı oyunçu Turin təmsilçisinin üzvü kimi 5 dəfə A Seriyasını, 3 dəfə ölkə kubokunu və bir dəfə ölkə Super Kubokunu qazanıb. Yarımmüdafiəçi 2014-cü ildə Almaniya millisi ilə dünya çempionu olub.