
İngiltərə Premyer Liqasında çıxış edən klublar 2012-ci ildən sonra ilk dəfə qış transfer dönəmində futbolçu transferlərinə az pul xərcləyiblər.
Sportnet.az BBC-yə istinadən xəbər verir ki, bu, koronavirus pandemiyasına görə yaranan böhran və Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə əlaqədardır.
Klublar 9 ildən sonra ilk dəfə transferlərə 100 milyon fund-sterlinqdən (113 milyon avro) az məbləğ ödəyiblər.
Oktyabrın əvvəlində bitən yay transfer pəncərəsində Premyer Liqa təmsilçiləri transferlər üçün 1,24 milyard fund-sterlinq ödəniş etmişdi. Bu isə əvvəlki illə müqayisədə 158 milyon azdır.