İngiltərə Premyer Liqasında XXIII turun mərkəzi görüşündə "Liverpul" “Mançester Siti” ni qəbul edib.
Sportnet.az-ın məlumatına görə, görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
36-cı dəqiqədə İlkay Gündoğan penaltini yerinə yetirə bilməyib. Əvəzində o, 49-cu dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə Məhəmməd Salah penalti ilə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Gündoğan yenidən komandasını irəli çıxarıb. 76-cı dəqiqədə Rəhim Sterlinq, 83-cü dəqiqədə isə Filip Foden qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə ilə “Mançester Siti” xalını 50-yə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. “Liverpul” isə 40 xalla 4-cü yerdə qərarlaşıb.