Futbol üzrə Moldova millisində baş məşqçi dəyişikliyi olacaq.
Sportnet.az "Moldfootball" nəşrinə istinadən xəbər verir ki, hazırda yığmaya rəhbərlik Engin Fırat istefaya göndəriləcək.
Buna səbəb komandanın 51 yaşlı mütəxəssisin başçılığı altında uğursuz çıxış etməsidir.
Artıq məsələ Moldova Futbol Federasiyasının Məqçilər Komitəsində müzakirə edilib. İddiaya görə, komitə milliyə yeni baş məşqçi təyin olunmasına qərar verib.
Qeyd edək ki, Engin Fırat 2019-cu ilin oktyabrından Moldova seçməsinə başçılıq edir.