“Səbail” futbolçusu Bahadur Həziyevin klub ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçiyə azad agent statusu verilib.
Klub oyunçuya təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.