
"Sabah"ın futbolçusu Tiemoko Fofana zədələnib.
Sportnet.az xəbər verir ki, 21 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XV turunda "Zirə" ilə səfər maçtında xəsarət alıb.
Kot d İvuardan olan forvardın yerinə 73-cü dəqiqədə Ramil Şeydayev daxil olub.
Qeyd edək ki, "Sabah" hazırda 1:0 hesabı ilə öndədir.