
"Xəzər Lənkəran" transferə çıxardığı Adrian Skarlatakeni əlində saxlamaq niyyətindədir. Sportnet.az-ın məlumatına görə, cənub təmsilçisi rumıniyalı futbolçunun komandada qalmasına çalışır.
Lənkəran klubunun rəsmiləri təcrübəli müdafiəçi ilə danışıqlar apararaq az maaşla komandada oynamasını istəyir.
Qeyd edək ki, Adrian Skarlatake 2011-ci ildən "Xəzər Lənkəran"da forma geyinir.
















































































