İtaliya A Seriyasında çıxış edən "Krotone" futbol komandasının baş məşqçisi Covanni Stroppa istefaya göndərilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin müqaviləsi uğursuz nəticələrə əsasən ləğv edilib.
Onun əvəzinə Serse Kosmi təyin olunub. 62 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Kosmi əvvəllər İtaliyanın "Peruca", "Udineze", "Cenoa", "Livorno", "Palermo", "Siena" və digər komandalarına rəhbərlik edib.
Qeyd edək ki, "Krotone" hazırda A Seriyasında 12 xalla sonuncu - 20-ci pillədədir. Covanni Stroppa ötən mövsüm komandanı əsas liqaya yüksəldib.