Bolqarıstanın MOİK klubunun futbolçusu Edenilson Berqonsi karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Sportnet.az-ın məlumatına görə, bu barədə bolqarıstanlı həmkarlarımız yazıblar.
28 yaşlı braziliyalı yarımmüdafiəçi adı açıqlanmayan klubdan təklif alıbmış. Təmsilçimiz futbolçu üçün danışıqlar aparsa da, MOİK-lə razılıq əldə olunmayıb. Bolqarıstan klubu Edenilson üçün təklif olunan 100 min dolların az olduğunu bildirib.
Qeyd edək ki, Edenilson Berqonsi 2014-cü ildən MOİK-in şərəfini qoruyur.