İngiltərə Premyer Liqasında XXVIII turun mərkəzi görüşü "Mançester Siti" və "Mançester Yunayted" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 2-ci dəqiqədə dəqiq penalti zərbəsi ilə Brunu Fernandeş açıb. 50-ci dəqiqədə isə Lük Şou yekun nəticəni müəyyənləşdirib.
Bununla da "Mançester Siti"nin Premyer Liqada 15 oyunluq qələbə və 19 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub. Bununla belə, "şəhərlilər" 28 qarşılaşmadan 65 xalla 1-ci yerdə qərarlaşıblar. "Mançester Yunayted" isə 54 xalla 2-cidir.