Avropa Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan Mislav Orşiç, İspaniya "Vilyarreal"ından Jerar Moreno, İtaliya "Roma"sından Borxa Mayoral və Niderland "Ayaks"ından David Neres iddia edir.
Orşiç İngiltərə "Tottenhem"inə 3:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moreno Ukranyanın "Dinamo" (Kiyev) klubunu 2:0 üstələdikləri matçda dublla yadda qalıb.
Moyaral Ukraynada Donetsk "Şaxtyor"unu 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada hər iki qolun müəllifi olub. Neres isə İsveçrədə "Yanq Boyz"u 2:1 yendikləri oyunda fərqlənib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.