"Neftçi”nin əsas və əvəzedici heyəti təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yola düşüb. Sportnet.az-ın məlumatına görə, hər iki komanda qardaş ölkədə yanvarın 24-dək olacaq.
Bu müddətdə əsas komanda 6 yoxlama matçında qüvvəsini sınayacaq. İlk oyun yanvarın 14-də Səudiyyə Ərəbistanının "Hajer" klubuna qarşı olacaq. Bundan 3 gün sonra İranın "Fulad", yanvarın 20-də Çinin "Guiju Rehne", ertəsi gün Ukraynanın "Volın" klubu ilə üz-üzə gələcək flaqman son matçlarını yanvarın 23-də Rusiyanın "Dinamo" (Moskva) klubunun 23 yaşadək futbolçulardan ibarət komandasına və Rumıniya "Petrolul"una qarşı keçirəcək.
Qeyd edək ki, əvəzedici komanda da bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırlıq prosesi zamanı əvəzedici heyətin bir neçə futbolçusu əsas komandanın düşərgəsinə qoşulacaq.