1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Məqsədimiz ən azı 3 mərhələ keçməkdir"
"İnter"in futbolçusu Asif Məmmədov klubun saytına danışıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "İnter" mövsümü 2-ci pillədə başa vurdu. Bu nəticəni necə dəyərləndirərsiniz?
- Mövsümə yaxşı başlamadıq, ancaq yekunu yaxşı dəyərləndirmək olar. Startda bir neçə uğursuz oyunlarımız oldu. Heç kim inanmırdı ki, birinciliyə bu gədər yaxın olacağıq. Bizə göstərilən dəstəyə görə "İnter" rəhbərliyinə və azarkeşlərə böyuk minnətdarlığımı bildirirəm. Birliyimiz sayəsində 2-ci yeri tutduq.
- Bəs mövsüm ərzində çıxışınızdan razı qaldınız?
- Bu mövsüm keçən illə müqayisədə o qədər də çıxış etmədim. Amma ümümilikdə pis deyildi.
- Türkiyə toplanışı barədə nə deyə bilərsəniz?
- Hazırlıq plana uyğun gedir, gündə üç dəfə məşq edirik. Bu toplanışda da əsasən fiziki hazırlığa güc verilir. Hər şey öz yolundadır.
- İrəlidə komandanı Avropa Liqasının oyunları gözləyir. Necə düşünürsünüz, "İnter” bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcək?
- Bizim əsas məqsədlərimizdən biri Avropa Liqasının oyunlarına vəsiqə qazanmaqdan ibarət idi. Biz də bunun öhdəsindən gəldik. Bundan sonrakı məqsədimiz öz üzərimizdə işləməklə, Avroliqada heç olmasa, 3 mərhələ keçməkdir. Düşünürəm ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək. Hər şey özümüzdən asılıdır.
- Artıq "İnter”in ilk mərhələdəki bütün potensial rəqibləri bilinir. Maraqlıdır, komandamıza hansı ölkədən olan rəqibin düşməsini istərdiniz?
- Rəqibin kimliyindən asıllı olmayaraq biz hazır olmalıyıq. Avropa Liqasında asan rəqib yoxdur. Düzdür, komandamızda yeni oyunçular az deyil, amma birliyimiz və əhval-ruhiyəmiz bizi qələbəyə doğru aparacağına inanıram.