
İspaniyanın "Alaves" klubu baş məşqçisi Abelardo Fernandes ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Klub ispaniyalı baş məşqçiyə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Alaves" La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb. Abelardo Fernandes yanvarın 12-də baş məşqçi təyin olunmuşdu.