"Keşlə" ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi. Oyuna yaxşı köklənmişdik. Qələbə qazana bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Abbas Hüseynov Premyer Liqanın XXI turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri matç barədə klubun rəsmi saytına açıqlamasında deyib.
26 yaşlı müdafiəçi oyunlarının yaxşı alındığını sözlərinə əlavə edib: “Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır. Növbəti matçımız evdə “Sumqayıt”la olacaq. Bu oyunumuz da çətin keçəcək. Görüşə olduqca ciddi hazırlaşırıq. Önəmli oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.
Qeyd edək ki, aprelin 11-i “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:15-də başlayacaq.