UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu ada İtaliyanın "Roma" klubunun qapıçısı Pau Lopes layiq görülüb.
27 yaşlı qolkiper Niderlandda "Ayaks"a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada 8 qurtarış edib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olub.