Azərbaycan Premyer Liqasının XXIII turunun "Sumqayıt"la səfər oyununda zədələnən "Qəbələ"nin futbolçusu Asif Məmmədovun durumuna aydınlıq gəlib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçinin əzələsi dartılıb.
Təcrübəli oyunçu bu səbəbdən təqribən 1-2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.