Türkiyə Super Liqasında çıxış edən "Fatih Karagümrük" klubunun prezidenti Süleyman Hurma ölkə futbolunun hazırkı vəziyyətini tənqid edib.
Sportnet.az-ın məlumatına görə, funksioner "beIN Sports" telekanalına açıqlamasında Türkiyədə bu idman növünün getdikcə Azərbaycan və İran futbolundan geri qaldığını bildirib.
Hurma geriləmədə hamının günahının olduğunu söyləyib: "Şəxsi mənafeyimizə görə dövlətə futbolu necə idarə etməli olduğumuzu deyə bilmirik. Futbolla yaxından-uzaqdan əlaqəsi olmayanlar bizi mühakimə edirlər. Qanunlarımızı və baxışımızı dəyişsək, "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor" maksimum 5 ildən sonra Avropanın ən zəngin klubları arasında olacaq".
Qeyd edək ki, "Fatih Karagümrük" komandası Superliqada 33 turdan sonra 49 xalla 9-cu pillədə qərarlaşıb.