
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Federiko Valverde koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb.
23 yaşlı yarımmüdafiəçinin dərhal karantinə alındığı və müalicəsinə başlanıldığı bildirilib.
Qeyd edək ki, Federiko Valverde Uruqvay millisinin də formasını geyinir.