İspaniyanın Bilbao şəhəri Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Şəhər Şurasından açıqlama verilib. Bildirilir ki, UEFA belə bir qərarı birtərəfli qaydada çıxarıb.
Avropa çempionatına ev sahibliyi edən şəhərlərlə bağlı son qərarı aprelin 23-də veriləcək.
Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London turnir oyunlarına tamaşaçı ilə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər. Münhen və Dublinin iştirakı sual altındadır. Bilbaodakı stadionlar "San Mames" stadionunda keçirilməli idi.