
İdman direktoru Con van Leonun rəhbərliyi altında Hollandiyaya yola düşən "Qarabağ"ın aşağı yaş qruplarının məşqçilər korpusu "Ayaks" klubunun bazasında olub. Sportnet.az-ın məlumatına görə, məşqçilər bazanın iş prinsipi ilə yaxından maraqlanıblar.
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandasının səhhətində problemlər yaranan məşqçisi Cavad Mirzəbəyli isə Amsterdamdakı xəstəxanadan hələ də çıxmayıb. Onun əməliyyatdan sonra vəziyyəti yaxşılaşıb. Mirzəbəyli hazırda ayılıb və yaxşı durumdadır.





































































