
“Qarabağ” klubunun aşağı yaş qrupları üçün Bakıda seçimlər keçirilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydançasında baş tutmuş seçimlərdə 2009 - 2011-ci il təvəllüdlü oğlanlar iştirak ediblər. 100-dək uşağın qatıldığı seçimlərdə 5 nəfər akademiyaya qəbul edilib.
Növbəti seçimlər barədə əlavə məlumat veriləcək.