
AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Türkiyənin Antalya bölgəsində hazırlıq keçən Bakının "İnter" komandasının düşərgəsində olublar. Sportnet.az-ın məlumatına görə, təlim-məşq toplanışının gedişi ilə maraqlanan Şahin Diniyev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şakir Qəribov baş məşqçi Kaxaber Tsxadadze ilə fikir mübadiləsi aparıblar.
Komitə üzvləri "İnter"ə qarşıdakı oyunlarda uğurlar arzulayıblar.




































































