I Divizionda XXV turun son iki oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zaqatala" "Qaradağ "Lökbatan"ı, MOİK isə "Sumqayıt"ı eyni hesabla məğlubiyyətə uğradıb - 2:1. Nəticədə "Qaradağ Lökbatan" 53 xalla ikinci pillədə möhkəmlənib. MOİK isə xalını 20-yə çatdıraraq, son pillədən qurtulub və "zirzəmi"yə 18 xala malik "Sumqayıt-2" yuvarlanıb.
I Divizion, XXV tur
6 may (cümə axşamı)
7 may (cümə)
16:00. MOİK – “Sumqayıt-2” - 2:1
Qollar: İlham Allahverdiyev, 20; 74 - Tahir Zeynalov, 24
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu
16:00. “Zaqatala” - “Qaradağ Lökbatan” - 2:1
Qollar: Fərid Mahmudov, 35 (öz qapısına). Xəlil Bəşirov, 70 - Elnur Səmədov, 90+5
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elman Kərimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Neftçi-2" evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gələrək, çempionluğu, "Turan-Tovuz" isə səfərdə "Sabah-2" ilə 3:3 hesablı heç-heçə edərək, ilk "3-lük"dəki yerini təmin edib. Daha bir qarşılaşmada "Qarabağ-2" "Keşlə-2"ni məğlubiyyətə uğradıb - 3:1.