AFFA prezidenti Rövnəq Abdullayev "Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun final matçını izləyənlər arasındadır.
Sportnet.az-ın məlumatına görə, milli assosiasiyanın rəhbəri tribunada əyləşib. Abdullayev görüşdən sonra mükafatlandırma mərasimində iştirak edəcək.
Qeyd edək ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşmada ilk hissə oynanılır və hesab "Sumqayıt"ın xeyrinədir - 1:0. Yeganə qolu 3-cü dəqiqədə Əli Qurbani vurub.