"Yenidən bu titulu qazanmaq möhtəşəmdir. Bunun üçün xoşbəxtəm. Qələbədə əsas pay sahibi futboçulardır".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, çempionatda da yaxşı oyunlar göstəriblər: "Hamımız fikirləşdik ki, bu əziyyətin sonunda nəsə olmalı idi".
Qurbanov daha çox rəqibin meydanın futbol oynamaq istədiklərini söyləyib: "Finalın həyəcanı hiss edilirdi. Əsas odur ki, qalib gəldik".