"Nəticədən işimdən razı ola bilmərəm. İnanıram ki, oyunçular səhvləri aradan qaldıraraq, daha yaxşı çıxış edəcəklər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Ukraynanın "Football" nəşrinə müsahibəsində deyib.
Serbiyalı mütəxəssis Azərbaycan seçməsində müəyyən irəliləyişlərin olduğunu bildirib: "Sentyabrda yeni seçmə mərhələ başlayır. Əvvəlki tskılda İsveçrə və Fransa ilə eyni qrupda idik. Onlara çox çətinlik yaşatdıq. Fransa ilə oyunda topa daha çox nəzarət edirdik. Halbuki, transfermarkta görə həmin kollektivin ümumi dəyiri 400-500 min avrodan çoxdur. Bir çoxu aparıcı çempionatlarda çıxış edir. İspaniyanın "Sevilya", Almaniyanın "Borussiya" (Dortmund), "Leyptsiq" və İngiltərənin "Arsenal" klublarında oynayan futbolçuları var".