Rusiyanın daha iki şərhçisi Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına akkreditasiyadan məhrum edilib.
Sportnet.az-ın məlumatına görə, bunlar Konstantin Geniç və Mixail Mossakovskidir. Səbəb Geniç və Mossakovskinin 2009-cu ildə Qarabağın işğal altında olmuş ərazilərinə səfər edərək, MDB və Baltikyanı ölkələrin futbol turnirində iştiraklarıdır.
Müvafiq məktub Geniçin elektron poçtuna göndərilib. Mossakovski isə Uels - İsveçrə görüşünü şərh etmək üçün gəldiyi Bakıda hava limanından geri qaytarılıb.
Qeyd edək ki, daha əvvəl "Matç TV"nin daha bir şərhçisi Nobel Arustamyana eyni səbəbdən akkreditasiya verilməyib. Sonradan o, AVRO-2020-yə akkreditasiya alsa da, Bakıdakı oyunlarda iştirak etməyəcəyi məlum olub.