
Bu gün Topaz Premyer Liqasının XIX turunda "İnter" klubu "Sumqayıt"ı qəbul edib. Sportnet.az-ın məlumatına görə, qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Aqil Məmmədov bunları deyib:
"İnter" bizim üçün həmişə çətin rəqib olub. Buna baxmayaraq, bu gün yaxşı oyun sərgilədik. Sona qədər mübarizə aparan futbolçulara təşəkkür edirəm. Qələbə əldə edə bilməsək də, 1 xal qazandıq. Hücumda zəif deyildik. Sadəcə, "İnter” boşluqlar yaratmadı”.
Qeyd edək ki, "İnter" - "Sumqayıt" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.










































































