1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"4 oyunçunun xidmətindən məhrum idim"
"Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov AZAL-a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIX tur matçından sonra deyib.
O, məğlubiyyətdə heyətdəki itkilərin də rol oynadığını bildirib: "4 oyunçunun xidmətindən məhrum idim. Buna baxmayaraq, görüşə yaxşı başladıq. Lakin müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq".
Əsədovun sözlərinə görə, Elşən Abdullayevin erkən əvəzlənməsini hücumdakı təzyiqin artırılmasına hesablanıb: "Düşünürəm ki, Elşən yaxşı oynadı. Amma oyunun gedişində hücumçuya ehtiyacımız oldu və onu əvəzlədik”.
Qeyd edək ki, "Neftçi"nin yeganə qolunu penaltidən məhz Elşən Abdullayevin əvəzinə meydana daxil olan Nikolas Kanales vurub.