
Milli komandaların ən yaxşı bombardirləri siyahısında dəyişiklik baş verib.
Sportnet.az-ın məlumatına görə, bu, Argentina yığmasının futbolçusu Lionel Messinin Amerika Kubokunda Boliviya ilə görüşdə "dubl" etməsindən sonra gerçəkləşib.
Kapitan aktivindəki qolların sayını 75-ə çatdıraraq, 9-cu pilləyə yüksəlib. Onunla birgə daha 3 futbolçu eyni sayda qol müəllifidir.
Yığmaların ən yaxşı bombardirləri:
1-2. Əli Daei (İran) - 109 qol
1-2. Kriştianu Ronaldu (Portuqaliya)
3. Moxtar Dahari (Malayziya) - 89
4. Ferents Puşkaş (Macarıstan) - 84
5. Qodfri Çitalu (Zambiya) - 79
6. Husseyn Səid (İraq) - 78
7. Pele (Braziliya) - 77
8. Əli Mabhut (BƏƏ) - 76
9-12. Lionel Messi (Argentina) - 75
9-12. Şandor Koçiş (Macarıstan)
9-12. Kunisiqe Kamamoto (Yaponiya)
9-12. Bəşər Abdulla (Küveyt)