"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışı zamanı sol ayağından zədələnən 21 yaşlı cinah oyunçusunun əməliyyatı Almaniyada baş tutub.
Topuq bağları qopan Cəfərquliyevin ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı öncədən bildirilmişdi.
Qeyd edək ki, Elvin Cəfərquliyev Azərbaycan millisinin də üzvüdür.