“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Yunanıstan “Olimpiakos”u ilə oyunun hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvləri son iki gündə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar. Hər iki hazırlıq prosesində yeni transferlər – Romen Bask və Huqo Basto da iştirak ediblər.
Qeyd edək ki, “Olimpiakos”la ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək.