Topaz Premyer Liqasının növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən başlayıb. Sportnet.az-ın məlumatına görə, Zaqatala komandası Bakıya fevralın 5-də paytaxtda gələcək.
Komanda üzvləri son çalışmalarını qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da edəcək. Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak etmir. Ayağında ağrılar hiss edən müdafiəçinin müalicəsi davam edir.
Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da saat 16:00-da start götürəcək.