Azərbaycan Premyer Liqasındakı komandaların əvəzedici heyətləri arasında yarışda XX tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçirilib.
"Neftçi"nin "Simurq"a qalib gəldiyi qarşılaşmada ilk qolu cəzalandırılan hücumçu Ernerst Nfor vurub. "Qəbələ"nin AZAL-ı darmadağın etdiyi görüşdə isə Tellur Mütəllimov het-trik edib.
"Neftçi” - "Simurq” - 2:1
Qollar: Ernest Nfor”, 14; Mirabdulla Abbasov, 51 - Dəyanət Əsilli, 85)
"Qəbələ” - AZAL - 3:0
Qollar: Tellur Mütəllimov, 11; 26; 52