"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsində Bakıda Finlandiya HIK-i ilə ilk oyundan əvvəl son məşqini Türk Hava Yolları Futbol Mərkəzinə salmasının səbəbi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov mətbuat konfransında bildirib.
O, matçın keçiriləcəyi "Bakcell Arena"nın ot örtüyünü qorumaq üçün bu addımı atdıqlarını söyləyib.
Qeyd edək ki. sabah keçiriləcək "Neftçi" - HİK qarşılaşması saat 21:00-da başlayacaq.