Türkiyənin "Fənərbağça" komandası bu gün sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, İstanbul təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşıb.
İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda oynanılmış matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 28-ci dəqiqədə qonaq komandadan Boqdan Lednyov açıb. Yerli komandadan isə 63-cü dəqiqədə Dimitris Pelkas fərqlənib.
Qeyd edək ki, "Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-ini məğlub etdə, pley-offda "Fənərbağça"ya rəqib olacaq. "Ağ-qaralar" Bakıdakı ilk görüşdə qollu heç-heçə edib - 2:2.