
"Çalışacağıq ki, sabah baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Qələbə ilə Bakıya qayıtmaq istəyirik".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Sezar Meza Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib: "Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm".
Qeyd edək ki, avqustun 12-də Helsinkidəki "Bolt Arena"da keçiriləcək HİK - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.