
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" komandasının heyətində UEFA Avropa Liqasında ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu pley-off mərhələsinin Çexiyada "Slaviya" ilə ilk görüşündə fərqlənib. Meydana start heyətində çıxan Emreli 20-ci dəqiqədə hesabı açıb.
Görüş isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.