Fransalı futbolçu Samuel Umtiti İspaniyanın "Barselona" klubundan ayrılmaq istəmir.
Sportnet.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Kataloniya təmsilçisi ilə müqaviləni ləğv etmək niyyətində deyil.
O, başqa klublardan transfer təklifi almayıb.
Qeyd edək ki, "Barselona" Umtitini havayı buraxmağa da hazırdır. La Liqa klubu bu yolla xərcləri minimuma endirməyi planlaşdırır.
Qeyd edək ki, fransalı oyunçu "Barselona"ya 2017-ci ildə ölkəsinin "Lion" komandasından 25 milyon avro qarşılığında keçib. O, 2018-ci ildə millinin heyətində dünya çempionu olub.