Portuqaliyanın "Şaveş" klubunun futbolçusu Juninyo Viyeyra karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, "Qarabağ" braziliyalı hücumçunun xidmətində maraqlıdır.
Ağdam klubu 25 yaşlı forvardın keçidi ilə bağlı II liqa təmsilçisinə təklif göndərib. "Şaveş"in oyunçunu 1 milyon avro təzminat məbləği qarşılığında buraxa biləcəyi vurğulanıb.
Qeyd edək ki, ölkəsinin "Atletiko Paranaense" klubunun yetirməsi olan Juninyo Viyeyra ötən mövsüm "Şaveş"in heyətində 11 oyuna 4 qol vurub.