Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"u yeni baş məşqçisini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "timsahlar" Özcan Bizatiyə tapşırılıb.
53 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda sentyabrın 19-da istefaya göndərilmiş Fatih Tekkeni əvəzləyib.
Qeyd edək ki, Özcan Bizati son olaraq "Genclerbirli" klubunda işləyib.