"Nuriyevin "Kolos"un heyətində nadir hallarda meydana çıxması məşqçilik yanaşması ilə bağlıdır. "Minay"da oyunu alınmasa belə, baş məşqçi Vasili Kobin futbolçuya güvənir, növbəti görüşdə meydana buraxırdı".
Sportnet.az-ın məlumatına görə, bunu Ukrayna "Minay"ının futbolçusu Mixail Kopolovets Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin "Kolos"da eytiyatda qalması barədə "Footboom" nəşrinə müsahobəsində deyib.
37 yaşlı ukraynalı yarımmüdafiəçi bildirib ki, Kovalyovka təmsilçisində heyət geniş olduğundan 25 yaşlı forvard çox oynamaq şansı qazanmır: "Kolos"da bu mənada vəziyyət fərqlidir. Nuriyev rəqabət qabiliyyətli olduğunu sübut etməlidir. Bacarıqlı futbolçu olsa da, hələlik bu işin öhdəsindən gələ bilmir".
Qeyd edək ki, Anatoli Nuriyev "Kolos"a ötən mövsümün sonunda məhz "Minay" klubundan keçib.