
İspaniya La Liqasının VII turunun "Kadis"lə səfər matçında birbaşa qırmızı vərəqə alaraq texniki zonadan qovulan "Barselona"nın baş məşqçisi Ronald Kumanın cəzası bəlli olub.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, niderlandlı mütəxəssis İspaniya Futbol Federasiyasının qərarı ilə 2 oyunluq diskvalifikasiya edilib. Klub isə 58 yaşlı baş məşqçini cərimələyib.
Kuman "Levante" və "Atletiko" ilə çempionat matçlarını buraxacaq.
Qeyd edək ki, "Kadis" - "Barselona" görüşündə hesab açılmayıb.