
İngiltərə Premyer Liqasını Azərbaycanda yayımlayacaq telekanal müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, İctimai Televiziyadır. Artıq telekanal "Cooming Soon" adlı paylaşım edərək, belə bir sual verib: "Sizcə, İTV-yə sarı gələn nədir?"
Turun mərkəzi görüşü oktyabrın 3-də "Liverpul" və "Mançester Siti" komandaları arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da start görürəcək. Həmin vaxt başlamalı olan "Milyonların şousu" verilişi isə saat 21:30-a çəkilib.
Qeyd edək ki, daha əvvəl İngiltərə Premyer Liqasının oyunları "İdman TV" və "Lider TV"də yayımlanıb.